Kralıçanın belə səlahiyyətı də var...
30.09.2019
Böyük Britaniyanın Baş naziri Boris Conson mandatını itirə bilər.
Xəbər verildiyi kimi, bu barədə "I” qəzeti informasiya yayıb.
Bukinqam Sarayından gizli mənbələrinə istinadən verilən xəbərdə bildirilib ki, İngiltərə Kraliçası II Elizabet məsləhətçilərindən ölkənin baş nazirinin hansı şərtlər altında vəzifəsindən kənarlaşdırıla biləcəyinə dair məsləhət istəyib. Kraliça bu addımı İngiltərə Konsitutsiya Məhkəməsinin ötən həftə hökumətin parlamenti tətil etmək qərarını rədd etməsindən öncə atıb.
Xəbərə görə, kraliça 1953-cü ildə taxta çıxdığından bu yana ilk dəfə belə ssenari üzərində dayanmaq ehtiyacı hiss edib.
Baş nazir Boris Conson ötən ay kraliçadan parlamentin 5 həftə tətil etməsini istəyib, kraliça isə buna icazə verməyib. Conson buna səbəb kimi hökumət proqramını hazırlamaq üçün zamana ehtiyacı olduğunu göstərmişdi. Ancaq İngiltərədə hökumətə proqramı hazırlamaq üçün verilən tətil qərarları 4-5 günlə məhduddur. Consonun 5 həftə istəməsinin əsl səbəbi isə parlamenti Breksit müddətində kənarlaşdırmaq olub. Siyasi müşahidəçilərə görə, baş nazir bu həmləsi ilə kraliçanı da yanıldıb.
İngiltərədə kraliça dövlətin simvolik prezidenti kimi hesab olunsa da, qanunlar və bəzi kritik qərarlar ancaq onun təsdiqi ilə qüvvəyə minir. Onun səlahiyyətində baş naziri və nazirləri kənarlaşdırmaq da var.
Xatırladaq ki, Boris Conson iyulun 24-də krallığın baş naziri təyin edilmişdi.