Aqil Abbas: Polisə əlavə səlahiyyət verilsin, onda...
30.09.2019
Milli Məclisin deputatı Aqil Abbas Milli Məclisin iclasında polisə əlavə səlahiyyət verilməsini təklif edib.
O, ölkədə tiyəsi dörd santimetrdən artıq olan bıçaq gəzdirməyin qadağan olunmasını xatırladıb.
"Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var, ya yox... Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar hallar baş verir.
Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. Dörd santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”, - deyə A.Abbas bildirib.