21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Orxan Camalın qətlinin səbəbi

30.09.2019

Rusiyanın "Rossiya 1” telekanalında Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilməsi ilə bağlı eksklüziv faktlar açıqlanıb.
Axar.az xəbər verir ki, telekanal jurnalist Aleksandr Roqatkinin sözügedən məsələ ilə bağlı hazırladığı süjeti izləyicilərə təqdim edib.
Roqatkin yaşananların şahidi, Orxan Camal və yoldaşlarını daşıyan avtomobilin sürücüsü Benvenyü Dovokamanı danışdırmağa müvəffəq olub.
Dovokamanın sözlərinə görə, ruslar ona pul verərək Bombari bölgəsinə getmək istədiklərini söyləyiblər. Sibutda onlar gözlənilmədən marşrutu dəyişiblər və şərqə deyil, şimala gediblər. Blokpostda onları şəhərdən buraxmaq istəməyiblər, çünki həmin vaxt hava qaralmağa başlayıb. Ancaq jurnalistlər BMT-nin saxta sənədlərini təqdim etməklə hərbçiləri inandıra biliblər.
"20-25 kilometr getdik, yağış yağırdı: birdən yolumuza iki nəfər mülki geyimli şəxs çıxdı. Biz dayandıq. Sonra hər iki tərəfdən silahlı şəxslər çıxdı. Bizi maşından düşməyə məcbur etdilər. Ərəb dilində danışırdılar. Avtomobildən enəndə müştərilərimdən birinin onlarla ərəb dilində danışdığını gördüm”, - sürücü bildirib.
Onun sözlərinə görə, Orxan Camal ərəb dilində silahlı şəxslərlə mübahisə etməyə başlayıb.
"Vəziyyət gərginləşdi, onlardan birini itələməyə çalışdı. Sonra atəş açıldı. Mənim müştərilərimdən ikisi yerdə uzanmışdı, iri olan digəri isə müqavimət göstərməyə çalışdı. Bu yağış altında yaşandı: maşına tərəf getdim, heç kim bunun fərqinə varmadı, bütün qapılar açıq idi, mühərrik çalışırdı. Maşına tullandım və beləcə xilas oldum. Maşınıma atəş açırdılar. Güllələr havada uçurdu”, - sürücü qeyd elədi.
Süjetdə Orxan Camal və yoldaşlarının səfərə çıxdığı avtomobil də göstərilib. Kadrlardan maşının gülləbaran edildiyi rahatlıqla görünür. Sözügedən avtomobil hələ də istintaq təcridxanasında saxlanılır.
Telekanal həmçinin cinayətin törədildiyi yeri də nümayiş etdirib.
Qeyd edək ki, 2018-ci ilin yayında Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkmək üçün həmin ölkəyə səfər ediblər. Onları həmin qrupun yerləşdiyi bazaya, təlim məşq düşərgəsinə buraxmayıblar. Jurnalistlərin MAR-da fəaliyyət göstərmələri üçün akkreditasiyaları da olmayıb.
Jurnalist qrupunun MAR-na "Vaqner" barədə film çəkmək üçün rusiyalı müxalif milyarder Mixail Xodorkovski tərəfindən göndərildiyi bildirilib.
Xatırladaq ki, Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur.