03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyanın ABŞ-ı qorxuya salan silahı

30.09.2019

Rusiya Müdafiə naziri Sergey Şoyqu sentyabrın 22-də verdiyi müsahibədə ölkəsinin ABŞ-a qarşı çıxmaq üçün təyyarədaşıyanlara ehtiyacı olmadığını bəyan edib.
Xəbər verildiyi kimi,, nazir bildirib ki, Rusiyada təyyarədaşıyan gəmiləri batıra biləcək kifayət qədər güclü silahlar var.
İki gün əvvəl Sakit okeanda "Omsk” nüvə sualtı gəmisindən "P-700” "Qranit” zenit raketinin sınaq atışı keçirilib.
Raket 350 kilometr məsafədə yerləşən dəniz hədəfinə zərbə endirib.
İndi isə hərbi nəşrlər və hərbi mütəxəssisləri bu sual düşündürür: S.Şoyqu təyyarədaşıyan gəmiləri məhv edəcək silahlardan danışarkən "P-700” raketlərini nəzərdə tutub?
Çin mətbuatı yazıb ki, "P-700” "Qranit” raketləri ən böyük aralığa və sürətə, eyni zamanda, dağıdıcı gücə malikdir.
Bundan başqa, "soyuq müharibə” dövründə Rusiyada qəbul edilmiş raketlərdən istifadə metodlarına uyğun olaraq uçuş zamanı onlar arasında məlumat mübadiləsi aparıla bilər.
İlk olaraq raket düşmən birləşmələrinin vəziyyətini göstərən peyk şəkillərini çəkmək üçün çox yüksəkdə uçur. Bundan sonra hesablamalar aparılır, əsas mövqelər nəzərə alınır.
Ardınca isə, məsələn, bir raket kiçik, beş raket böyük gəmilərə hücum edir. Bununla da bütün daşıyıcı qrupa hücum başlanılır.
Bildirilir ki, "P-700” "Qranit” raketlərinin vurduğu hədəfdə olan insanların hamısı məhv olacaq.
Bundan başqa, zədələnmiş gəmini də xilas etmək mümkünsüz olacaq, çünki o, gec-tez batacaq.
Bu raketin buraxıldığı "Omsk” nüvə sualtı gəmisinə də diqqət yetirmək lazımdır.
Sualtı gəmidə hər iki tərəfə 24-ə qədər "P-700” raketləri quraşdırıla bilər. Buna görə də "soyuq müharibə” illərində bu sualtı gəmilər ABŞ təyyarədaşıyanları üçün kabus hesab olunurdu.
Əgər "Omsk” hərbi əməliyyatlarda iştirak edərsə, bu, ABŞ təyyarədaşıyanları üçün böyük təhlükə yaradacaq.
"Qranit” raketlərinin uçuş məsafəsi 20-650 kilometr arasında dəyişir. Nəzərə almaq lazımdır ki, 500 min ton TNT tutumlu, böyük yerüstü hədəfləri vura bilən nüvə başlığı da raketə quraşdırıla bilər.