Paşinyan: “Etirazlar mən baş nazir olana qədər davam edəcək”
26.04.2018
Ermənistanda etiraz hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyan müvəqqəti hökumətdə baş nazir təyin edilməyənə qədər kütləvi aksiyaları davam etdirəcəyinə söz verib.
"Dövran Media" xəbər verir ki, bunu o, RBK-ya müsahibəsində deyib.
Daha kimisə müvəqqəti baş nazir postunda görürmü sualına Paşinyan cavab verib ki, bu məsələ dünən axşam meydanda həll olunub.