Türkiyədən uzaqlaşsaq, qətliam olacaq - Tatar
30.09.2019
Şimali Kipr Türk Respublikasının Baş naziri Ərsin Tatar yunanıstanlı həmkarı Kiriakos Miçotakisə sərt mesaj ünvanlayıb.
O, Yunanıstan baş nazirinin sərgilədiyi mövqeyin Kiprdə iki tərəf arasında razılıq əldə olunmasını mümkünsüz etdiyini bildirib.
"Kiprin türk xalqı ağlını itirməyib. Türkiyə bizim qarantımızdır. Xalqımız Türkiyədən vaz keçib yunanlarla yaxınlaşmağın qırğın və qətliamlara səbəb olacağını yaxşı bilir", - Ərsin Tatar bildirib.