Kirayəçi qız ev sahibini döydü - Bakıda
30.09.2019
Bakının Nərimanov rayonunda iki qadın arasında dava düşüb.
Hadisə Təbriz küçəsindəki evlərin birində baş verib.
1996-ci il təvəllüdlü Gülüstan Xudiyeva kirayədə yaşadığı evin sahibi olan 1985-ci il təvəllüdlü Günel Məmmədova ilə mübahisə edib. Mübahisənin sonunda G.Xudiyeva ev sahibini döyüb.
Qadın müxtəlif bədən xəsarətləri alıb.
G.Məmmədova faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.