Xan: Onun maskasını yırtacağıq
30.09.2019
Müsəlmanlara nifrət edən faşist Modinin (Hindinstanın Baş naziri Narendra) maskasını hər platformada yırtacağıq.
Bu sözləri Pakistan Baş naziri İmran Xan deyib.
"Hamımızın yaxşı və pis günləri olur, amma ümidimizi itirməyəcəyik, hamımız Kəşmirin yanındayıq. Allahın izni ilə Kəşmir müstəqillik qazanacaq", - İmran Xan bildirib.