Rusiyadan ABŞ-a çağırış: Yayın, biz oxuyaq!
30.09.2019
ABŞ sabiq prezident Barak Obamanın dünya liderləri ilə telefon danışıqlarının stenoqramını yaymalıdır.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Xeyirxah olun, dünya ictimaiyyətinə qapalı danışıqların, keçmiş prezident Barak Obamanın gizli telefon danışıqlarının stenoqramını yayın. Biz böyük məmnuniyyətlə onları oxuyarıq”, - deyə XİN sözçüsü bildirib.