Güclü yağışlar 73 can aldı
29.09.2019
Son dörd gün ərzində Hindistanın Uttar-Pradeş ştatında güclü musson yağışları sel və torpaq sürüşməsinə səbəb olub. Hadisə nəticəsində ən azı 73 nəfər həyatını itirib.
Təkcə son gündə ştatın şərq hissəsində 102,2 mm-dən 84,2 mm-dək yağış yağıb. Bu da ilin bu vaxtı üçün normadan dəfələrlə artıqdır.
Güclü yağışlar qonşu Bihar, Racasthan və Uttarakhand vilayətlərinə də təsir göstərib. Şimali Hindistanın bir neçə bölgəsində bütün məktəblər sentyabrın 30-dək bağlanıb.