ABŞ-ın taleyi təhlükə altındadır - Tramp
29.09.2019
Hazırda ABŞ-ın taleyi təhlükə altındadır.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, demokratlar amerikalıların haqlarını təhdid altında qoyublar:
"Onlar sizdən silahınızı, səhiyyənizi, səs haqqınızı və azadlığınızı almaq istəyirlər. Biz heç zaman bunun baş tutmasına izn verməyəcəyik, çünki bizim ölkə əvvəl heç vaxt olmadığı qədər ciddi şəkildə masaya yatırılıb. Hər şey çox sadədir. Onlar məni dayandırmaq istəyir, ona görə ki, mən sizə görə mübarizə aparıram”, - deyə o bildirib.