BMT-də olay: Rodriqesin çıxışı boykot edildi
28.09.2019
Venesuelanın vitse-prezidenti Delsi Rodriqesin BMT Baş Assambelyasındakı çıxışı zamanı 8 ölkənin təmsilçiləri zalı tərk ediblər.
Bu barədə TASS yazıb.
Məlumata görə, Rodriqesin çıxışını boykot edənlər sırasında ABŞ, Kolumbiya və bir sıra Latın Amerikası ölkələrinin təmsilçiləri olub. Bəzi Avropa diplomatları, həmçinin Kuba, Meksika və Uruqvay təmsilçiləri isə öz yerlərini tərk etməyiblər.