Azərbaycan yığmasının baş məşqçisi dünyasını dəyişib
27.09.2019
Həndbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Hikmət Abdullayev dünyasını dəyişib.
APA-nın məlumatına görə, 63 yaşlı mütəxəssis ürək xəstəliyindən vəfat edib.
Ölkəmizi avrokubokda təmsil edəcək "Məhsul” klubunun da baş məşqçisi olan Hikmət Abdullayev fəxri bədən tərbiyəsi və idman işçisi idi.
O, bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!