İstanbulda yenə zəlzələ oldu
27.09.2019
Türkiyənin İstanbul şəhərində yenidən zəlzələ olub.
Xəbər verildiyi kimi, yerli vaxtla saat 13:34-də episentri Silivri bölgəsində erləşən 3,2 ballıq yeraltı təkanlar qeydə alınıb.
Qeyd edək ki, Mərmərə Seysmik Xətti üzərində yerləşən İstanbul 3 gündür zəlzələ ilə silkələnir. Zəlzələnin ən şiddətlisi ötən gün 5,9 bal gücündə olub.
Kandilli Rəsədxanasının məlumatına görə, ötən gün baş verən dəhşətli zəlzələdən sonra 188 avterşok qeydə alınıb.