03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu əşya xərçəng yaradır - Mütəxəssis xəbərdarlığı

27.09.2019

 Plastik kəsmə lövhələri sağlamlığımız üçün çox zərərlidir.
Amerikada aparılan araşdırmalar göstərib ki, ağacdan hazırlanan taxtalar təhlükəsizdir. Türkiyəli qida Mühəndisi Emir Kaboğlununs sözlərinə görə, plastik kəsmə löhvələri xərçəng yaradır: "Taxta kəsmə lövhələrinin səthi bakteriyaları taxtanın içinə doğru çəkir. Təkrar istifadədə isə bu bakteriyalar içəriyə həbs olur. Xüsusilə salmonella kimi ölümcül bakteriya növünə diqqət etmək lazımdır.
Plastik doğrama lövhələrdə isə belə deyil. Bakteriyaların çoxu səthdə yığılır. Xüsusilə bıçaq izlərindən dolayı aradakı boşluqlara yerləşən bakteriyalar yuyulsa da, yenə tam təmizlənmir. Odur ki, plastik doğrama lövhələrindən istifadəni tövsiyə etmirik.
Plastik qabların zərərlərini bilməyən yoxdur. Hətta yeməkləri mümkün olduqca şüşə qablarda almaq istəyirik. Ucuz plastik doğrama lövhələrində hər hansı məhsulu doğrayan zaman qopan hissələr birbaşa qidaya qarışır. Yəni kanserogen maddələri öz əllərimizlə ərzaqlara qatırıq. Odur ki, plastik taxtalardan uzaq durun".
Mütəxəssis sonda əlavə edib ki, ağacdan hazırlanmış kəsmə lövhələri isti su və şampunla yumaq lazımdır. İstifadə etdikdən sonra dərhal yuyun, qidanın üstündə qurumamasına diqqət edin.
Ət, toyuq xüsusilə soyuducudan yeni çıxmış ət məhsullarını kəsdikdən sonra lövhəni yumadan heç nə kəsməyin. Köhnəlmiş, kif basmış, deformasiya olmuş ağac lövhələri yenisiylə dəyişdirin.
Həftədə ən az 1 dəfə taxta lövhələrə az miqdarda su səpərək 5 dəqiqə mikro dalğalı sobada saxlayın. /publika/