Ermənilər İsraillə bağlı qərardan narazıdırlar
27.09.2019
Ermənistanın İsraildə səfirlik açmaq qərarı narazılığa səbəb olub.
Xəbər verildiyi kimi, bu məlumatı "Jamanak” qəzeti yayıb. Məlumata görə, narazılıq ən çox Yaxın Şərqdəki erməni icması, xüsusilə Livan, Suriya və İrandakı erməni diasporunda yaranıb:
"Bu ölkələrdə erməni icmaları İsraillə münasibətlərin bərpasının onların yerləşdiyi dövlətlərdə ermənilərə qarşı pozitiv münasibəti dəyişə biləcəyindən qorxur. İndi yerli erməni partiyaları və təşkilatlar yeni reallığa necə reaksiya vermələrini müəyyənləşdirmək üçün iclaslar keçirirlər”.