Yaponiyaya təyyarəsi məcburi eniş edib
27.09.2019
Dünən Moskva vaxtı ilə saat 12.23-də Vyanadan Tokioya uçan sərnişin təyyarəsi təcili olaraq Xabarovsk hava limanına məcburi eniş edib.
Yaponiyanın "ANA” aviaşirkətinə məxsus "Boeing 787” təyyarəsinin göyərtəsində 206 nəfər - 194 sərnişin, 12 ekipaj üzvü olub.
Pilotlar təyyarənin sol mühərrikdə yağ təzyiqinin aşağı düşdüyünü qeyd ediblər.
Dərhal təcili yardım briqadaları hava limanına cəlb edilib. Lakin eniş uğurlu olduğundan sərnişinlərin heç birinin tibbi yardıma ehtiyacı olmayıb.