Davudoğlu İstanbul zəlzələsi ilə bağlı - AÇIQLAMA verdi
27.09.2019
Ötən gün Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ ilə bağlı keçmiş Baş nazir Əhməd Davudoğlu açıqlama yayıb.
Davudoğlu sosial şəbəkə hesabından verdiyi bəyanatda lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Ə.Davudoğlu zəlzələnin milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilməli olduğunu və bunun üçün lazımi tədbirlərin görülməsinin labüdlüyünü söyləyib.
Qeyd edək ki, ötən gün İstanbulda fasilələrlə bir neçə ardıcıl zəlzələ baş verib. Zəlzələlərdən biri 5,9 bal təşkil edib. Yaralananlar var.