İstanbuldakı zəlzələ ilə bağlı Ərdoğandan AÇIQLAMA
26.09.2019
"İstanbulda 5,8 bal gücündə zəlzələ olub”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
O bildirib ki, indiyə kimi 28 yeraltı təkan qeydə alınıb. Prezidentin sözlərinə görə, təkanların sayı arta bilər.
Ərdoğan qeyd edib ki, zəlzələ nəticəsində 8 nəfər yüngül xəsarət alıb.
Türkiyə Prezidenti vətəndaşlara müraciət edərək, onları əsası olmayan xəbərlərə inanmamağa çağırıb.