Vəliəhddən şok etiraf: Bu qətlin məsuliyyəti mənimdir
26.09.2019
Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Camal Qaşıqçı cinayəti ilə bağlı ilk dəfə mətbuata danışıb.
Vəliəhd Camal Qaşıqçı cinayəti ilə bağlı məsuliyyətin üzərində olduğunu etiraf edib.
"Qaşıqçı cinayəti mənim məsuliyyətim altında baş verdi. Bütün məsuliyyəti qəbul edirəm. Bu hadisə mən xidmətdə olanda baş verib”, - vəliəhd bildirib.
Vəliəhd bütün bunlara baxmayaraq, cinayətdən xəbəri olmadığını qeyd edib:
"20 milyon vətəndaşımız var. Bunlardan üç milyonu dövlət qulluqçusudur. Onların hər birinin öz işi və tapşırıqları var. Hər birinin nə etdiyini bilmək mümkün deyil”.
Vəliəhd şahzadə həmçinin cinayəti törədən dəstənin krallığın aviasiya parkındakı təyyarədən istifadə etməsinə də münasibət bildirib:
"Məmurların, nazirlərin öhdəlikləri, məsuliyyət bölgəsi var. Onlar Kral ailəsinin təyyarələrindən istifadə hüququna sahibdir”.