Rusiyada təyyarə qəzası
26.09.2019
Rusiyanın Barnaul şəhərində təyyarənin qəza enişi zamanı xəsarət alanların sayı 56-ya çatıb.
"Azur Air” aviaşirkətinə məxsus "Boing 767-300” təyyarəsinin eniş zamanı şassiləri alovlanıb. Vyetnamdan gələn təyyarənin göyərtəsində 341 nəfər, o cümlədən 10 heyət üzvü olub. Hadisə nəticəsində 56 nəfər xəsarət alıb. Onlardan birinə onurğa sınığı diaqnozu qoyulub.
Barnaul aeroportunun istismarçısı olan "Altay” müəssisəsinin direktoru Vitali Arxipenko mətbuat konfransında bildirib ki, xəsarət alanların sayının çox olması sərnişinlərin təxliyəsi üçün istifadə edilən hava ilə doldurulan trapların quruluşu ilə əlaqədardır. O deyib ki, traplar geniş və üstü sürüşkən olduğundan xəsarət alanlar çoxdur.