Meymunun dişlədiyi əcnəbinin son durumu
26.09.2019
Səhiyyə Nazirliyi Bakıda meymunun dişlədiyi Böyük Britaniya vətəndaşının durumu barədə məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, ötən gün saat 21:11-də 58 yaşlı Böyük Britaniya vətəndaşı sol saitin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib.
Həkimlər onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Kliniki Tibbi Mərkəzdən aldığımız məlumata görə, ingiltərə vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır.
Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib.