Putinin mesajı: Hər zaman yanınızdayıq
26.09.2019
Rusiya Serbiyanın dostu və müttəfiqidir.
Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşü zamanı deyib. O, Moskvanın Serbiyanı Kosova və Metoxiyada dəstəklədiyini bildirib.
Vuçiç Lavrovun görüş zamanı ona Prezident Vladimir Putinin "Rusiya hər zaman Serbiya ilə olacaq” mesajını çatdırdığını deyib.
Qeyd edək ki, oktyabrın 19-da Rusiya Baş naziri Dmitri Medvedyev Belqrada səfər edəcək.