Türkmənbaşıdan gözlənilməz TƏKLİF
25.09.2019
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov parlamentin iclasında ikipalatalı sistemə keçmək təşəbbüsü ilə çıxış edib.
Bu barədə Türkmənistan mətbuatı informasiya yayıb.
"İkipalatalı sistemə keçid türkmən ictimaiyyətinin bütün təbəqələrinin maraqlarını təmsil etmək imkanı verəcək”, - prezident bildirib.
Berdiməhəmmədov respublikanın əsas qanununa müvafiq əlavə və dəyişikliklər edilməsi üçün konstitusiya komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.