03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rasim Balayevin səhhəti pisləşib

25.09.2019

Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.
Xəbər verildiyi kimi, o, bu barədə Publika.az-a özü məlumat verib.
"Yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb. Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlamışam ", - xalq artisti bildirib.
Xatırlalaq ki, R.Balayev keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.
Aktyor verdiyi müsahibələrinin birində "Babək" filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.