Nazir üç nəfəri işdən çıxardı
25.09.2019
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Xəbər verildiyi kimi, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini, polis mayoru İlkin Ələkbərov və polis mayoru Rəşad İsmayılov işindən azad edilib.
Sabunçu rayon Polis İdarəsinin üç vəzifəli şəxsinin işdən çıxarılmasına səbəb onların işlərində yol verdikləri ciddi nöqsanlardır.
Onlar sərəncama götürülüblər.