Dünyanın ən iri aeroportu açıldı - Çində
25.09.2019
Sentyabrın 25-də Çində dünyanın ən iri hava limanı açılıb.
Xəbər verildiyi kimi, Dasin hava limanının ilk müştəriləri Quançjou və Şanxaya uçan sərnişinlər olub.
Dasin hava limanı paytaxt Pekinin mərkəzindən 46 kilometr məsafədə yerləşir.
25 futbol meydançası böyüklüyündə olan aeroport ildə 72 milyon sərnişin və 2 milyon yük ötürmək qabiliyyətindədir. Layihənin müəllifi Zaha Hadid olub.
Hava limanıın sentyabrın 30-da açılması planlaşdırılsa da, işləri 5 gün tez başa çatdırmaq mümkün olub.