Maduro Moskvaya gəldi
24.09.2019
Venesuela Prezidenti Nikolas Maduro Rusiyaya gəldiyini bəyan edib.
O, bu barədə "Tvitter” səhifəsində məlumat yerləşdirib.
"Biz xalqlarımız arasındakı tarixi və çox pozitiv qarşılıqlı münasibətləri möhkəmləndirmək, hörmət hisslərini gücləndirmək üçün Moskvaya gəldik”, – deyə Maduro "Tvitter”də yazıb.
O qeyd edib ki, bu illər ərzində qurulan qardaşlıq Venesuelanın firavan gələcəyinin qurulmasının fundamental məhvərini təşkil edir.
Bundan əvvəl Maduro sentyabrın 24-də Rusiyaya səfər edəcəyinin anonsunu vermişdi.