11 03 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Conson: Bunun arxasında İranın dayandığına əminik

24.09.2019

İngiltərənin baş naziri Boris Conson Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilmiş hücumun arxasında İranın dayandığına əminliyini bildirib.
Bu fikri o, "NBC”-yə verdiyi müsahibəsində səsləndirib.
"Biz, demək olar ki, bunun İran olduğuna əminik. Pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin istifadə edildiyini nəzərə alsaq bunun necə baş verdiyinə dair başqa bir versiyamız yoxdur. Bu, dünyanı çox çətin bir ssenariyə, çox çətin vəziyyətə salır”, - baş nazir belə deyib.
Qeyd edək ki, ötən gün B.Conson, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel birgə bəyanat yayaraq, Səudiyyə Ərəbistanına edilmiş son hücumun arxasında İranın dayandığını bildiriblər.