ABŞ: İran 50 milyard dollar itirdi
24.09.2019
İran ABŞ-ın neft sanksiyalarına görə 50 milyard dollar itirib.
Bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
ABŞ diplomatı bu məbləğin hansı dövr ərzində itirildiyini söyləməyib.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrından İrana qarşı neft sanksiyaları tətbiq edir.