21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Maqnit qasırğası olacaq

24.09.2019

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası növbəti günlər üçün kosmik hava proqnozunu açıqlayıb.
Rəsədxanadan Trend-ə bildirilib ki, son günlər Günəş aktivliyi çox aşağı səviyyədə olub. Günəş diskində ləkə olmayıb.
Məlumata görə, geomaqnit sahə son 24 saat ərzində çox sakit olub.
Kosmik hava proqnozunun növbəti iki gün ərzində çox aşağı səviyyədə davam edəcəyi gözlənilir.
Elektron selinin isə proqnoz dövründə normal səviyyədən orta səviyyəyə qalxacağı gözlənilir. Həmçinin, proton selinin proqnoz dövründə fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə yəni sentyabrın 24-də geomaqnit sahə üçün ümumən sakit şəraitin hökm sürəcəyi proqnozlaşdırılır. Növbəti gün isə (25 sentyabr) nisbətən fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı 5%-dən aşağı qiymətləndirilir.