ABŞ-dan İrana xoş mesaj: Müzakirəyə hazırıq!
24.09.2019
ABŞ administrasiyası rəsmi Tehranla əhatəli müzakirəyə hazırdır.
Bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.
O bildirib ki, Tramp mövcud problemin diplomatik yolla həllini istəyir.
ABŞ rəsmisi əlavə edib ki, nüvə razılaşması İranı nüvə strukturları yaratmağa təşviq etdiyindən Tramp bu müqavilədən çıxmaq qərarı verdi.