Bakıda 21 yaşlı gənc narkotikdən öldü
23.09.2019
Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb.
Reportun xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü M.Quliyev yaşadığı evdə narkotik vasitənin yüksək təsirindən dünyasını dəyişib.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.