Güc strukturlarından 323 min FETÖ-çu qovulub - Nazir
23.09.2019
15 iyul çevriliş cəhdindən sonra Türkiyənin güc strukturlarından 323 min nəfər qovulub.
Bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib. Onun sözlərinə görə, güc strukturlarından qovulanların hamısının FETÖ ilə əlaqələri olub.
Qeyd edək ki, son 7 ay ərzində Türkiyə ordusundan FETÖ terror təşkilatı ilə əlaqədə ittiham edilən 1076 nəfər qovulub.