ABŞ tarixində ən böyük müqavilə imzalanacaq
23.09.2019
ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Boris Conson ikitərəfli ticarət müqaviləsinin imzalanması məsələsində razılıq əldə ediblər.
Xəbər verildiyi kimi, bu barədə "San” nəşri yazıb.
Məlumata görə, müqavilə 2020-ci ilin iyul ayına qədər tamamlanacaq. Müqavilənin detallarının Nyu Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində dəqiqləşdirilməsi gözlənilir.
Müqavilənin ABŞ tarixinin ən böyük ticarət müqaviləsi olacağı bildirilib.