Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu Dünya Kubokundan kənarlaşdırdı
23.09.2019
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunun 1/4 finalına çıxıb.
1/8 finalda T.Rəcəbov digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu məğlub edib.
Təmsilçilərimiz münasibətlərini üçüncü partiyada – tay-breykdə aydınlaşdırmalı olub. İlk iki partiyada onlardan heç biri qalib gələ bilməsə də, üçüncü görüşdə Teymur həmyerlisinə qalib gəlib.
Beləliklə, T.Rəcəbov Dünya Kubokunun 1/4 finalına yüksəlib. O, tay-breykdə polşalı Yan-Kşiştof Dudaya qalib gəlmiş Çin mənşəli amerikalı Ceffri Sunqla üz-üzə gələcək.