Hoces: Rusiya təlimlərimizə imkan vermir
23.09.2019
Rusiya NATO-nun Qara dənizdəki təlimlərini bloklayır.
Bunu "Seqodnya” saytına müsahibəsində ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı Ben Hoces deyib. Onun sözlərinə görə, alyans qüvvələri Qara dənizdə təlimlərin keçirilməsi üçün yer elan edən kimi Rusiya ora keçidləri qapadır:
"Belə şeylər təsadüfi deyil. Ona görə də Rumıniya və müttəfiqlərimiz narahatdırlar. NATO Qara dənizdə qüvvələrini artırmalıdır”.