Ruhanidən xəbərdarlıq: "Körfəzdən kənarda durun"
23.09.2019
"ABŞ Körfəzə qoşun yerləşdirəcəyi halda xarici qüvvələr bizim insanlar və regionumuz üçün problemlər yarada bilər”.
Bu barədə İran Prezidenti Həsən Ruhani 1980-1988-ci illərin İran-İraq müharibəsinin başlaması ildönümü ilə bağlı Tehranda keçirilən hərbi paradda çıxışı zamanı bildirib.
O diqqətə çatdırıb ki, xarici qüvvələr bu bölgəyə həmişə "ağrı və səfalət gətirib" və "silah yarışında" onlardan istifadə olunmamalıdılr.
Ruhani İranın BMT-də Körfəzə dair yeni sülh təşəbbüsünü təqdim ediləcəyini də söyləyib.
İran prezidenti xarici qüvvələrə bölgədən "uzaq durmağı" məsləhət görüb: "Əgər səmimidirlərsə, o zaman bölgəmizi silah yarışına çevirməsinlər ... Bölgəmizdən və ölkələrimizdən nə qədər uzaq olsanız, bu bölgə o qədər təhlükəsiz olar".