Senatordan müsbət mesaj: Türkiyə təkcə Suriya üçün deyil ...
23.09.2019
Türkiyənin Suriyanın bütövlüyü uğrunda və İŞİD-ə qarşı mübarizəyə verdiyi dəstək vazkeçilməzdir.
Bu sözləri amerikalı senator Lindsi Qrehem deyib.
"Ən önəmlisi budur ki, Türkiyə İdlibdə 4 milyon insanın qətlə yetirilməsinin qarşısını alır. Türkiyə ilə daha strateji bir münasibət qurmağa ümid edirəm. Həmçinin, Türkiyənin F-35 proqramına qayıtması və azad ticarət anlaşmasının imzalanması çox vacibdir. Türkiyə təkcə Suriya üçün deyil, bütün bölgə üçün önəmli müttəfiqdir", - Qrehemi bildirib.