Ərdoğanı ABŞ-da izdiham qarşıladı
22.09.2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü iclasında iştirak üçün ABŞ-a səfər edib.
Ərdoğanı hava limanında Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudun Sinirlioğlu, Vaşinqton səfiri Sərdar Kılıç qarşılayıb.
Buradan "Peninsula” otelinə yollanan Ərdoğanı otelin qarşısında izdiham qarşılayıb. Otel qarşısında toplanan türklər əllərində Türkiyə bayrağı və səsləndirdikləri şüarları ilə Ərdoğana olan sevgilərini nümayiş etdiriblər.