21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21.09.2019

Müəssisələrin fəaliyyətinin ekoloji normalara uyğunlaşdırılması üçün sənədlərın alınma prosesində şəffaflığın tam təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Görüşdə Nazirliyin rəhbər işçiləri, ekoloji normativ sənədləri hazırlayan mütəxəssislər, 20-dən çox aidiyyəti dövlət qurumlarının əməkdaşları, alimlər, qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Vətəndaşların məmnunluğunun təmin olunması ücün ekoloji normativ sənədlərin sayının azaldılması, xüsusi icazə və rəy sisteminin sadələşdirilməsi, bu sənədlərin verilməsinin ASAN xidmət vasitəsilə həyata keçirilməsi məsələləri müzakirə olunub və bu istiqamətdə müvafiq təkliflər dinlənilib.
Müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şəffaf icazə və rəy sisteminin yaradılmasında, vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında, dövlət xidmətlərinin insanlar üçün daha asan və səmərəli təşkil edilməsində maraqlı olduğu diqqətə çatdırılıb və tərəf müqabillərinin bu işdə yaxından iştirak etmələrinin vacibliyi vurğulanıb.