Putin istirahət günlərini necə keçirir?
20.09.2019
Rusiya Prezidenti Vladimir Putinin sözün əsl mənasında istirahət günləri olmur.
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, hətta istirahət günləri belə Putin hesabatları qəbul edir, müəyyən müzakirələr yaranır və ya sənəd mübadiləsi aparılır. Hərdən isə Putin sənəd imzalamamışdan əvvəl qurum rəhbələri ilə görüşməli olur.
"Ancaq o da hər kəs kimi əlinə belə bir fürsət keçəndə istirahət edir, idmanla məşğul olur, yaxınları və doğmaları ilə görüşür”, - Peskov bildirib.