Yeniyetmə 20 min pul oğurladı - Bakıda
20.09.2019
Bakıda 5000 manat və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 15 000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.