İki ərəb nəhəngi Bakıya gəlir
25.04.2018
Vergilər Nazirliyi BƏƏ-nin "Ethihad Airways PJSC” şirkətinin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.
"Dövran Media" xəbər verir ki, yeni filialın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 79B, qanuni təmsilçisi Seed Məhəmməd Əhməd Əli Əhməddir.
Nazirlik eyni zamanda Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco”nun Azərbaycandakı nümayəndəliyini - "Aramco Overseas Company Azerbaijan” MMC-ni də dövlət qeydiyyatına alıb.
Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, mənzil 22, nizamnamə kapitalı 10 min avro, qanuni təmsilçisi isə Səudiyyə Ərəbistanı vətəndaşı Talal Almarri Hüseyndir.