Rusiya Türkiyəyə bu təyyarələrini təklif edib
20.09.2019
Rusiyanın Birləşmiş Aviasiya Korporasiyası Türkiyə hava yollarına Rusiya istehsalı olan "MS-21” və "Sukhoi SuperJet” mülki təyyarələrini almağı təklif edib.
Bu barədə korporasiyanın rəhbəri Yuri Slyusar bildirib.
"Biz "MS-21” və "Superjet 100” təklif etməyə hazır olduğumuz bir sıra hava yolları ilə görüşlər keçirdik. Bundan əlavə, Türkiyə yüksək inkişaf etmiş sənaye ölkəsi kimi əməkdaşlıq layihələrində maraqlı ola bilər”, - deyə Slyusar qeyd edib.
Danışıqlar İstanbuldakı "TEKNOFEST” Aviasiya, Kosmik və Texnologiya Festivalı çərçivəsində aparılıb.