21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

NASA ABŞ-ın Ay missiyasına şübhə ilə yanaşıb

19.09.2019

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) administrasiyası rəhbərinin pilotlu proqramlar üzrə müavini Kennet Bauersoks Amerika astronavtlarının 2024-cü ildə Ayın səthinə enməsi planının real olmasını şübhə altına alıb. Bu barədə "The Washington Post” nəşri məlumat yayıb.
K.Bauersoksun həmin qəzetdə dərc olunmuş bəyanatında qeyd olunur ki, bununla bağlı hesabat ABŞ Konqresinin elm, kosmos və texnologiyalar üzrə Alt komissiyasına da təqdim olunub. Konqresmenlər sentyabrın 18-də həmin komissiyanın iclasında NASA rəsmisinin hesabatını müzakirəyə çıxarıblar.
Bauersoks öz hesabatında bildirib ki, NASA bütün səylərini Ağ evin müəyyən etdiyi müddətdə Aya missiya göndərməyə yönəldib, lakin o, buna təminat vermədiyini əlavə edib. Pilotlu proqramlara cavabdeh olan agentlik rəsmisinin sözlərinə görə, NASA-nın qarşısında bu cür cəsarətli vəzifə qoyulması çox yaxşı haldır. Lakin 2024-cü ilədək həmin şansı əldən buraxmamaq üçün NASA bir çox texniki və maliyyə məsələlərinin həll etməlidir. "Mühüm olan odur ki, biz Aya missiyanı tam hazır olduğumuz vaxtda göndərək. Missiyanın uğurla başa çatması bundan asılıdır və mən əks halda nə baş verəcəyi ilə bağlı sizə heç bir şey söyləyə bilmərəm. Konkret tarix müəyyən etmək çox risklidir, hərçənd biz buna əməl etməyə çalışırıq”, -deyə Bauersoks vurğulayıb.
Xatırladaq ki, NASA bu ilin yazında elan edib ki, Aya təşkil ediləcək yeni missiya "Artemis” adlanacaq. O, üç mərhələdən ibarətdir: Birinci mərhələdə - 2020-ci ildə "Orion” pilotsuz kosmik gəmisinin Ayın orbitində sınaq uçuşları və onun yerə qayıtması, ikincidə - 2022-ci ildə pilotlu missiyanın Yerin təbii peykinin ətrafında uçusu, nəhayət, 2024-cü ildə astronavtların Ayın səthinə enməsi nəzərdə tutulur.
Mayda Prezident Donald Trampın Ay missiyasına 1,6 milyard dollar ayırmasında sonra Ağ ev bəyan edib ki, daha 21 milyard dolların ayrılması məqsədilə Konqresə müraciət göndəriləcək. Maliyyə vəsaitinin ABŞ-da yeni maliyyə ilinin əvvəlində - oktyabrın 1-də veriləcəyi gözlənilir.