ABŞ: Türkiyənin narahatlığını aradan qaldırmaq istəyirik
19.09.2019
Məqsədimiz Türkiyənin təhlükəsiz bölgə məsələsində narahatlığını aradan qaldırmaq və Demokratik Suriya Qüvvələrinin müdafiəsini təmin etməkdir.
Bunu ABŞ-ın İŞİD-ə qarşı Mübarizə Qərargahının direktoru Kris Mayer bildirib.
Mayer ABŞ-la Türkiyənin təhlükəsizlik qüvvələrinin havadan və qurudan patrul fəaliyyətlərinə davam edəcəyini bildirsə də, birgə işin hansı şəkildə görüləcəyi barədə məlumat verməkdən yayınıb.