Ən yaxşı futbolçu adına namizədlər AÇIQLANDI
19.09.2019
Çempionlar Liqasında qrup mərhələsinin ilk turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Baş tutan 16 qarşılaşmadan sonra UEFA mükafatın 4 iddiaçısını müəyyənləşdirib.
Bunlar Erlinq Braut Haaland ("Zalsburq”), Andre Ter Şteqen ("Barselona”), Anxel di Mariya (PSJ) və Mislav Orsiçdir ("Dinamo” Z). Çempionlar Liqasında həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək. Ən yaxşının adı sentyabrın 20-də açıqlanacaq.