Hamilə qadınlara qənim kəsilən şəxs saxlanıldı
18.09.2019
Gəncə şəhərində saxta dərman satışı ilə məşğul olan qadın saxlanılıb.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əsasən originalları "Altes Farm" şirkətinə məxsus olan və hamilə qadınların istifadəsi üçün nəzərdə tutulan dərmanların saxtasını satan Musayeva İradə İlham qızı saxlanılıb.
Faktı baku.ws-yə "Altes Farm" şirkətindən təsdiq ediblər.
Belə ki, saxta dərmanlar ölkəyə Gürcüstan Respublikasından qaçaq yolla gətirlib və İradə Musayeva bu dərman vaistələrini daha ucuz qiymətə satırmış.
Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, qadın dərmanların satışını Abbas Səhət adına 1 saylı Xəstəxana və Pernatal Mərkəzdə aparıb. Hazırda faktla bağlı araşdırma aparılır.