“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2019
Milli Musiqi Günündə mədəniyyət və ictimaiyyət nümayəndələri Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan "Güllələnmiş heykəllər”i ziyarət ediblər.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, "Güllələnmiş heykəllər" mütləq öz doğma yerlərinə qaytarılmalıdır.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın, Bülbülün heykəlləri Şuşada yenidən ucaldılacaq: "Biz var qüvvəmizlə çalışacağıq ki, o torpaqlar qaytarılsın və dahi Üzeyir bəyin vətənində onun musiqiləri səsləndirilsin".
Daha sonra Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri önünə tər güllər düzülüb, xatirələri hörmətlə anılıb.